Havanı içməli suya çevirən mətbəx cihazı yaradıldı

10-06-2024, 15:34           
Havanı içməli suya çevirən mətbəx cihazı yaradıldı
"DrinkingMaker" şirkəti "IndieGoGo" kraudfundinq platformasında havadan su əldə edən, onu təmizləyən "Next-Gen" 3-ü 1-də Atmosferik Su Dispenserini təqdim edib.

Cihaz təxminən qəhvə maşınının ölçüsünə malikdir və mütləq təmizliyə nail olmaq üçün pambıq, aktivləşdirilmiş karbon təbəqələri, həmçinin ültrabənövşəyi şüalardan ibarət altı səviyyəli filtrasiya sistemindən istifadə edir.

Bundan əlavə, ətrafdakı havanı təmizləmək üçün HEPA hava filtri də işi düşür.

Cihaz iki versiyada mövcuddur: "Primary Edition" (gündə 14 litrə qədər) və "Pro Edition" (gündə 19 litrə qədər su istehsal edir). Günəş paneli onu açıq havada istifadə üçün daha rahat edir.

"Next-Gen 3-in-1" atmosfer su dispenserinin qiyməti 329 dollardan başlayır.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru