Azərbaycanda 50 problemi çıxan Çin avtomobilləri niyə reklam olunur?
10-06-2024, 12:18
Saxta Çin avtomobillərini reklam edən bloqerlərin hamısının azı 2-3 illik müqavilələri var. Ehtiyat hissələri tapılmayan, 50 problemi çıxan o avtomobilləri ciddi ödəniş və pulsuz avto qarşılığında reklam edirlər.
Tribunainfo.az-ın xəbərinə görə, bunu ictimai fəal İlkin Rüstəmzadə bildirib.
“Əlbəttə, reklam da normaldır, pul qazanmaq da. Buna görə kimisə ittiham etmək, sovet təfəkkürüdür. Amma ictimai məsuliyyət də var axı. İnsanların pulunu zibilə tökəcək məhsulları reklam etmək ictimai əxlaq məsələsidir”, – İ.Rüstəmzadə qeyd edib.