"Qida keyfiyyətinə nəzarət edən qurumun olmadığı Azərbaycanda zəhərlənmə statistikası gizlədilir"

11-06-2024, 08:58           
"Qida keyfiyyətinə nəzarət edən qurumun olmadığı Azərbaycanda zəhərlənmə statistikası gizlədilir"
Bu gün yerli KİV-də azyaşlı uşağın çipsdəən zəhərlənərək ölməsi ilə bağlı məlumatlar məlumatlar yer alıb. İddialara görə, hadisə Qobustanda baş verib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, hazırda baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır. Yəni hadisənin qida zəhərlənməsi olub-olmaması araşdırmalardan sonra məlum olacaq.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər şeydən zəhərlənmək mümkündür, çipsdən və s. Bu kimi halların arzuolunmaz olunduğunu qeyd edən ekspert vurğulayıb ki, biznes qurumları azad bazar iqtisadiyyatının liberallığından istifadə edir.

“Dünyanın hər yerindən Azərbaycana arzu olunmaz mallar gətirilir. Öz tərkibinə görə, öyrəşdirici xarakterə tərkibə malik olan bu mallar uşaqların da həyatına daxil olub. Bu problem yaşanır. Qida Təhlükəsizliyi Agentliyi yalnız qidanın təhlükəsizliyini təmin edir. Keyfiyyət məsələsinə heç bir dövlət orqanı nəzarət etmir. Ümumiyyətlə, bu sahə tam nəzarətsiz bir sahədir”-deyə ekspert bildirib.

Eyyub Hüseynov bildirib ki, ümumiyyətlə zəhərlənmələrin statistikası Azərbaycanda dünya göstəricisindən 700 dəfə az göstərilir.

Ekspertin fikrincə, bilərəkdən bu statistikanı gizlədirlər.

“Ölümlərin də sayı dünya göstəricisindən az göstərilir. Lakin bununla Azərbaycan istehlakçıları dünyanın 190 ölkə arasında uzunömürlülüyə görə 115-ci yerdədir. Yəni uzunömürlüyümüz 115 ölkədən geri qalır. Bütün bunlar bizim yediyimiz qidalardan qaynaqlanır”-deyən ekspert vurğulayıb ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərlə ciddi maraqlanmalıdır.

İradə Cəlil, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.