Azərbaycanda loqoped və psixologiya ixtisasları niyə tibb yönümlü deyil?

14-06-2024, 15:14           
Azərbaycanda loqoped və psixologiya ixtisasları niyə tibb yönümlü deyil?
Bəzi ixtisaslar tibb yönümlü olsa da, humanitar fənlərin keçirildiyi qrupda yer alır.

Ekspertlər bildiriblər ki, həmin fakültələrdə keçirilən dərslər ixtisasa uyğun deyil.

Belə ki, universitetlərin loqoped və psixologiya ixtisasları bir sıra ölkələrdə tibb təhsili profilli olsa da, Azərbaycanda bu fakültələrdə humanitar fənlər tədris olunur.

Mütəxəssislər bildiriblər ki, tələbələrin universitetlərdə öyrəndikləri real təcrübədə işə yaramır.

Kamran Əsədovun sözlərinə görə, bu ixtisasları bitirən şəxslər təhsillərini xaricdə davam etdirmək istədikdə böyük çətinliklə üzləşirlər.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, hansısa ixtisasın başqa qrupa keçirilməsi mümkündür. Lakin bunun üçün həmin fakültənin tədris olunduğu təhsil müəssisələri və DİM birgə müzakirə aparır və qərar Nazirlər Kabinetintinə (NK) göndərilir.

Ətraflı "Xəzər Xəbər"in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru