Qarpızı kəsəndə bu baş verirsə... - Zəhərlidir, yeməyin!

15-06-2024, 09:58           
Qarpızı kəsəndə bu baş verirsə... -
Qarpız ən çox istehlak edilən yay meyvələrindən biridir. Həm sağlam, həm də təravətləndirici qida olan qarpız xüsusilə yüngül qəlyanaltı istəyənlər üçün ideal meyvə kimi tanınır. Ancaq hər yay qarpızdan zəhərlənmələr baş verir.

Bəs qarpız istehlak edərkən nələrə diqqət etməlisiniz?

İlk diqqət edilməli məqam qarpızı düzgün vaxtda yeməkdir. Qarpız yeməkdən 2 saat sonra istehlak edilməlidir. Bu sayədə qan şəkərinizin ani yüksəlməsinin qarşısı alınacaq və həzm sisteminiz daha düzgün işləyəcək.

Həddindən artıq qarpız istehlak etsəniz, bəzi təhlükələrlə üzləşə bilərsiniz. Qarpızın tərkibindəki təbii şəkər qan şəkərinizdə nizamsızlıqlara və sağlamlıq problemlərinə səbəb ola bilər.

Bundan əlavə, qarpızı yeməklə birlikdə istehlak etmək də təhlükəlidir. Qarpızla birlikdə çoxlu çörək yesəniz, bunun orqanizminizə mənfi təsirləri ola bilər. Hər iki qida karbohidrat qrupunda olduğu üçün çəki problemi yaradacaq.

Qarpızı aldıqdan bir müddət sonra onun orta hissələri xarab olmağa və ya çürüməyə başlayır. Belə qarpız kəsiləndə pis qoxu gəlir və dadı dəyişmiş olur. Eləcə də xarab olmuş qarpız həddən artıq yumşaq olur və təravətləndirici xüsusiyyətlərini itirir.
Qarpızda bunları müşahidə etdikdə onu zibilə atmalısınız.

Bundan əlavə, qarpızı kəsdikdən sonra soyuducuda 3 gündən çox gözlətməməyiniz tövsiyə olunur.

Qarpız tumları ümumiyyətlə təsirsiz bir element kimi görünsə də, həzm oluna bilmədiyi üçün onları həddindən artıq istehlak etmək tövsiyə edilmir. Tumları yemək insan sağlamlığına ciddi bir zərər vermir. Ancaq həddindən artıq yedikdə həzm və qaz problemlərinə səbəb ola bilər. \\Medicina.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.