Ali məktəblərə qəbul balları düşəcək? - Mühüm açıqlama

17-06-2024, 16:54           
Ali məktəblərə qəbul balları düşəcək? -
“Bəziləri hay-küy salıblar ki, ali təhsil müəssisələrinin plan yeri artıb, 60000 olub, ballar düşəcək. Axı keçən ilin plan yeri ilə builki arasında 2500-3000 ətrafında fərq var. Əgər hansısa ekspert buna görə “ballar düşəcək” deyirsə, getsin başqa işlə məşğul olsun!”.

Bunu təhsil eksperti Ramin Nurəliyev ali məktəblərə buliki qəbul yerləri haqda danışarkən deyib. O, bəzi həmkarlarını qınayıb:

“Yəni plan yerinin 2500 nəfər artmasına görə “ballar düşəcək” demək, çox ağılsızlıqdır. Hələ də belələrinə ekspert deyənlər var. Bu, balların artıb-dusməsinin sadəcə səbəblərindən biridir. Və o qədər də əsas səbəb deyil”.

Xatırlaadq ki, elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacağını deyib.

Nazir bildirib ki, bu il iki ali təhsil müəssisəsinin – Qarabağ və Türkiyə Azərbaycan universitetlərinin fəaliyyətə başlaması plan yerlərinə təsir edib.

Mənbə: yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru