Bakıda 2 milyonluq villa tikdirən hərbi mühəndis GÖRÜN KİM İMİŞ–ƏTRAFLI

20-06-2024, 10:38           
Bakıda 2 milyonluq villa tikdirən hərbi mühəndis GÖRÜN KİM İMİŞ–ƏTRAFLI
Baku TV son günlər sosial şəbəkələrdə müzakirə olan Novxanıda heykəllərlə bəzədilmiş evdən reportaj hazırlayıb.

Publika.az xəbər verir ki, sözügedən malikanənin sahibi Bəxtiyar adlı şəxs imiş. 60 yaşlı ev sahibi bildirib ki, Rusiya vətəndaşıdır, 5 il öncə təqaüdə çıxaraq özünə bu villanı tikdirib:

“Hərbi mühəndis olmuşam. Bir çox xarici ölkələrdə gəzmişəm. Xaricdə bəyəndiklərimi götürmüşəm, burada tətbiq etmişəm. Bizim ev klassik bir bağdır. 19 ölkənin məşhur rəssamlarının əsərlərini toplamışam, evimdən asmışam. Hamısının sertifikatı var. Xeyli şir heykəlləri var, təxminən sayı 10-15-dir. Əyri işlə məşğul olan biri deyiləm. Gör nə qədər yüksək təqaüd alıram ki, bu bağı tikəm. Evin qiymətini deyə bilmərəm. 1-2 milyon xərcləmişəm, nə puldur ki?”.

Qeyd edək ki, villa 4 mərtəbədən ibarətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru