İlanyeyən adam çöldə sağ qalmağın sirlərini açdı

21-06-2024, 09:18           
İlanyeyən adam çöldə sağ qalmağın sirlərini açdı
Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında ekstremal şəraitdə sağ qalmaq üzrə təlimlər keçən videobloqer Saleh Baxşiyev bu işə necə başlamasından danışıb.

O qeyd edib ki, artıq yeddi ildir gəzib-görməli, ən əsası da insan ayağı dəyməyən yerləri kəşf etməklə məşğuldur.

"Hərbçi idim. Həftələrlə, aylarla çöldə qalmalı olurduq. İnsan belə hallarda gərək sağ qalmaq bacarıqlarını təkmilləşdirsin. Tərxis olandan sonra isə kamplara gedərkən videolar çəkib sosial şəbəkədə paylaşmağa başladım və gördüm ki, bu işin içindəyəm", - deyə o söyləyib.

Videobloqer ekstremal vəziyyətlərdə içməli su əldə etməyin, cəhətləri kompassız təyin etməyin yolunu göstərib. Saleh Baxşiyev çəkiliş zamanı həmçinin dənizdən tutduğu su ilanını təbiətdən tapdığı vasitələrdən istifadə etməklə soyub təmizləyərək bişirib.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.