Ani diqqətsizlik bir anda hər şeyi alt-üst etdi: 23 yaşlı gənc ayağını itirsə də, ümidini itirmədi

5-07-2024, 09:42           
Ani diqqətsizlik bir anda hər şeyi alt-üst etdi:
Bu ilin fevral ayında minaya düşən, nəticədə sol ayağı topuqdan amputasiya olunan Həsənəli Əlizadə magistraturaya qəbul olub.

Xezerxeber.az-ın məlumatına görə, 23 yaşlı Həsənəli Əlizadə bu ilin fevralın 4-də I cəhd magistraturaya qəbul imtahanına bir həftə qalmış Tərtərdə minaya düşsə də, II cəhd magistratura imtahanında iştirak edərək 65 bal toplayıb.

Həsənəli Əlizadə bildirib ki, minaya düşdükdən və sol ayağı topuqdan amputasiya olunduqdan sonra çoxları onun təhsillə bağlı planlarını yarımçıq qoyacağını düşünüb.

Xatırladaq ki, Həsənəli Əlizadə 2022-ci ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisasını ortalama 90 balla bitirib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru