AYIN DƏRİNLİYİNDƏ NƏ BAŞ VERİR?

7-07-2024, 00:01           
AYIN DƏRİNLİYİNDƏ NƏ BAŞ VERİR?
Elm adamları Ayın nüvəsinin dərinliklərində qranat mineralının olduğunu üzə çıxarıblar. Qəbul edilmiş elmi fikrə görə, Ayın mərkəzində olivin və piroksen mantiyası ilə örtülmüş metal nüvəsi var.

Ekologiya.az teleqraf.com-a istinadla xəbər verir ki, alimlər həmişə Ay süxurlarının qranatla zəngin ola biləcəyini mümkün hesab edirdilər, amma son vaxtlara qədər bu fərziyyəni sübut etmək mümkün olmamışdı.

Son tədqiqatlar zamanı elm adamları laboratoriya şəraitində qranatla zəngin süxur nümunəsini analiz ediblər, sonra bunu Ayın geoloji dərinliyindəki duruma uyğun qızdırıblar. Eyni zamanda, eksperimental modeldə səsin hərəkət sürəti də ölçülüb.

Məhz səs sürətinin ölçülməsi nəticəsində məlum olub ki, Ayın nüvəsi 740-1260 km dərinlikdəki bərk təbəqələrindən başlayaraq qranatla zəngindir. Alimlərin fikrincə, süxurlar qranatla zəngin olmasaydı, təcrübə zamanı qeydə alınan seysmik-səs göstəricilərinə malik ola bilməzdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru