BOZQURD SİMVOLU: EMOSİON VƏ FAKTLAR
8-07-2024, 15:14
Bozqurd rəmzi haqqında bütün mübahisələr iki fərqli baxış və münasibətdən qaynaqlanır. Millətçi türklər və azərbaycanlılar bu işarədə yalnız qədim türklərin totemini, türklük rəmzini və tam leqal, nüfuzlu siyasi partia - MHP-nın bir hissəsi olan təşkilatın salamını görürlər. Avropalılar və konkret Avropa Futbol Çempionatının təşkilatçıları isə nəzarət altında olan və sağ millətçi təşkilatın rəmzini.
Deutsche Welle yazır ki, Almaniada nə "Boz Qurd" təşkilatı, nə də onun salam jesti yasaq olunmayıb. Lakin o Federal Konstitusianı Müdafiə İdarəsinin nəzarətinə götürülüb - bu isə yaxşı əlamət deyil. Bir də AFR ən yaxın və doğma dövlət, almanca danışan Avstriada təşkilat terroristik sayılır və jest nümayişi 2019-cu ildən qadağan edilib. Bir ara Almania da yasaq qoymaq istəyirdi, amma qoyması - bu yaxşı əlamətdir.
Unutmayaq ki, həm Almaniada, həm Avstriada alman faşistlərinin salam jesti, İDM haqqında kinolarda dəfələrlə gördüyümüz sağ əlin yuxarı və irəli uzadılması qəti qadağandır, onu göstərənin cinayət məsuliyyəti var. Bununla yanaşı pis odur ki belələri tapılır, var, bir birilərini bu sayaq salamlayırlar...
Bəs Bozqurd işarəsi yasaq deyilsə, niyə belə qınaq və cəza doğurub? Bu ədalətsizlik, haqsızlıqdır türklərə qarşı. Nəzərə alaq ki, Almaniada siyasi durum, cəmiyyətində olan ovqatın buna təsiri olub, məncə.
Son seçkidə ultrasağlar - AfD partiyası daha çox səs qazandı. Onlar emiqrantların, o cümlədən gəlmə türklərin qəti əleyhinədir, Putinlə və Qarabağ erməniləriylə dostdur və bu jest və yaranan qalmaqal onların çörəyinə yağ sürtür. AfD-nin nüfuzunun artması alman hakimiyyətini narahat edir. Amma biz də gərək düşünək - gələn seçkidə ultrasağ millətçilər Almania bundestaqında çoxluq qazansa, bu AFR-də yaşayan türklər, bütün mühacirlərə necə təsir edə bilər? Türklər bu işarəni onlara da göstərəcək ki, bir az da çox sıxsınlar?
"Bozqurd" təşkilatının üzvü Mehmed Əli Ağca "Milliyyet" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürməsi və Roma papasına güllə atması cəmisi 45 il öncə olub və unudulmayıb. Maraqlıdır ki, İtaliada 19 il, Türkiyədə 10 il həbs cəzası çəkən Ağça sonda xristianlığı - katolisizmi qəbul edib. Bunu alman Vikisi yazır.
Чингиз Султансой
TEREF