Ağsuçayda sel qorxusu: Evlərə ciddi təhlükə var

8-07-2024, 13:17           
Ağsuçayda sel qorxusu: Evlərə ciddi təhlükə var
Bir neçə gün öncə yağan aramsız yağışlardan sonra Ağsuçayda yaranan sel fəsadlar yaradıb. Çayın kənarlarındakı torpaq qatları uçaraq ətrafdakı evlərə yaxınlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyir ki, vaxtında tədbir görülməsə, evlər üçün ciddi təhlükə yaranacaq. Bundan əlavə, çayın üzərində olan körpünün də zədələndiyi bildirilir.

Məsələ ilə bağlı Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov bildirib ki, fəsadlarla bağlı komissiya yaradılıb. Ağsu və Girdiman çaylarının keçdiyi ərazilərin hansında fəsad varsa, monitorinq qrupu tərəfindən qeydə alınıb.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru