Kardioloq German Qandelman sağlamlıq üçün faydalı olan giləmeyvə haqqında danışıb.
Bu barədə Redaktor.Az lenta.ru-ya istinadən xəbər verir.
Həkim bildirib ki, söhbət qaragilədən gedir. Onun tərkibində qanda xolesterinin səviyyəsini azaldan, həmçinin qan damarlarını genişləndirən antosiyaninlər var.
"Həm qan təzyiqi azalır, həm də miokard infarktından qoruyur".