Həcc ziyarəti ölümcül istilər fonunda başa çatıb

9-07-2024, 17:55           
Həcc ziyarəti ölümcül istilər fonunda başa çatıb
Səudiyyə Ərəbistanı bazar ertəsi müsəlman zəvvarların Həcc ziyarətini qaynar hava şəraitində başa vurduğu və 10-dan çox insanın istilik səbəbindən öldüyü faktının təsdiqləndiyi gün Məkkədə temperaturun daha yüksək olacağı barədə xəbərdarlıq edib.

Dünyanın ən böyük dini toplantılarından biri bu il yenə də Səudiyyə Ərəbistanında isti yay aylarında baş tutub və Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi təkcə bazar günü 2,700-dən çox "isti vurma" hadisəsinin qeydə alındığını bildirib.

Səudiyyə Ərəbistanının hava xidmətinin məlumatına görə, bazar ertəsi zəvvarların Kəbə ətrafında dövrə vurduğu Məkkənin Böyük Məscidində temperatur Selsi şkalası üzrə müsbət 51,8 dərəcəyə çatıb.

Milli Meteorologiya Xidmətinin sözçüsünün temperaturun müsbət 46 dərəcə olduğunu bildirdiyi Mina yaxınlıqda zəvvarlar Həcc ziyarətinin son əsas addımı olan "şeytanı daşlamaq" kimi tanınan ritual zamanı qızmaq günəş altında üç beton divara daş atıblar.

İordaniyanın Xarici İşlər Nazirliyinin bazar günü bildirdiyinə görə, 14 iordaniyalı zəvvar "həddindən artıq isti səbəbindən günəş vurması nəticəsində ölüb", daha 17 nəfər isə "itkin düşüb".

İran 5 zəvvarın öldüyünü bildirib, lakin səbəbini açıqlamayıb. Seneqal Xarici İşlər Nazirliyi isə daha 3 zəvvarın öldüyünü bildirib.

Hazırda Səudiyyə Ərəbistanında olan İndoneziya Səhiyyə Nazirliyinin rəsmisi bazar ertəsi üçü isti hava şəraiti səbəbindən olmaqla, 136 indoneziyalı zəvvarın Həcc ziyarəti zamanı öldüyünü bildirib.

İraqın Kürdüstan muxtar bölgəsindən olan zəvvarların rəsmi sözçüsü Karvan Stoni bazar ertəsi Fransa xəbər agentliyinə 11-i qadın olmaqla, 13 zəvvarın öldüyü barədə məlumat verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.