Ay.. Yer kürəsinin təbii peyki..

11-07-2024, 17:14           
Ay.. Yer kürəsinin təbii peyki..
1960-ların sonu və 70-lərdən sonra onu bir az unutmuşdu sanki Elm Dünyası. İndi yenidən canlanır Aya olan maraq.
Dünyanın aparıcı kosmik imperiyaları (ABŞ, Çin, Yaponiya və Fransa) bir-birindən iddialı layihələrlə 21-ci əsrə yeni həyəcanlar qatmağa başlayıblar. Bu axşam Ayı bir az da yaxından tanıyaq deyirəm...
1. Ay həmişə Yerə eyni tərəfilə baxır.
2. Ayın həcmi Yerin həcmindən təxminən 49 dəfə kiçikdir.
3. Yerin səthindən Ay və Günəş vizual olaraq eyni ölçüdə görünürlər.
4. Ayda atmosfer olmadığı üçün gecə dərhal düşür – alatoran olmur.
5. İnsanoğlu Aya ilk dəfə 1969-cu ildə Amerika astronavtı Nil Armstron tərəfindən ayaq basdı. 6. Bu günə qədər Ayda 12 nəfər olub.
7. Ayda cazibə qüvvəsi Yerdəkindən altı dəfə azdır.
8. Astronom Yudjin Şumeyker (Eugene Shoemaker) səhhətindəki problemlərə görə Aya uça bilmədi, lakin buna baxmayaraq, Ayın öyrənilməsinə böyük töhfə verdi. Ölümündən sonra NASA onun vəsiyyətini yerinə yetirdi – 1998-ci ildə onu külünü Aya göndərdi.
9. Ay Yerdən hər il dörd santimetr uzaqlaşır.
10. Ay Günəş sistemində beşinci ən böyük peykdir.
11. Ay hər hansı hərbi əməliyyatların aparılmasının qadağan edildiyi beynəlxalq ərazi kimi tanınır. Ay heç kimin malı ola bilməz.
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.