Ən kiçiyi cəmi 6 aylıq idi: 5 uşağını vannada boğaraq öldürən qadın azadlığa çıxmaq istəmir

11-07-2024, 18:44           
Ən kiçiyi cəmi 6 aylıq idi: 5 uşağını vannada boğaraq öldürən qadın azadlığa çıxmaq istəmir
Yaşadığı doğum sonrası depressiya nəticəsində ən böyüyü yeddi, ən kiçiyi isə cəmi 6 aylıq olan beş uşağını öldürən və illər boyu "qatil ana" kimi tanınan qadın azadlığa çıxmağı rədd edir.

Bununla bağlı Texas yerli hüquq-mühafizə orqanlarından məlumat verilib.

Üzərindən uzun illər keçməsinə baxmayaraq, hələ də müzakirə olunmağa davam edən hadisənin qəribə tarixçəsi var.

Andrea Yeyts ilk uşağı doğulana qədər tibb bacısı işləyib. NASA-da mühəndis işləyən Rasti Yeyts ilə evli olan qadın kənardan baxıldıqda kifayət qədər adi həyatı olan ana idi.

Ancaq ardıcıl doğuşlardan sonra düşdüyü doğum sonrası depressiyadan çıxa bilmir və bu vəziyyəti artıq daimi hala gəlir.

Andrea qandonduran bu cinayətləri 20 iyun 2001-ci ildə ərini işə yola saldıqdan sonra törədib. Həmin vaxt o, 37 yaşında idi. Məhkəmə ifadəsinə görə, əri Rastinin işə getməsini gözləyib, sonra yeddi yaşlı Noy, beş yaşlı Jon, üç yaşlı Pol, iki yaşlı Luk və altı aylıq Merini bir-birinin ardınca vannada boğaraq öldürməyə başlayıb.

Bundan sonra dəfələrlə 911-ə zəng edib və uşaqlarını vannada boğaraq öldürdüyünü deyib, ardınca əri Rastini işdən evə çağırıb.

Cinayət nəinki ölkədə, ümumiyyətlə dünyada böyük əks-səda yaradıb, aylarla davam edən məhkəmə çoxları tərəfində diqqətlə izlənilib.

Beşqat cinayətdə ittiham olunan qadın üçün prokurorluq edam cəzası istəyirdi. Lakin müdafiə tərəfi, Yeytsin yeni doğuş etməsi səbəbindən ağır depressiya və psixoz keçirdiyini, bunun da uşaqlarını öldürməsinə səbəb olduğunu bildirib. Bununla da məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.

Ancaq həbsdə olduğu müddətdə həbsxana psixiatrına uşaqlarını əbədi lənətdən qurtarmaq üçün iki il boyunca onları öldürməyi düşündüyünü etiraf edib.

"Mən pis olduğum üçün büdrədilər. Onları böyütmə tərzim ilə heç vaxt qurtula bilməzdilər. Cəhənnəm atəşində məhv olmağa məhkum idilər", - deyə o törətdiyi cinayətin səbəbini izah edir.

Vəkillər bundan sonra işi apellyasiya məhkəməsinə aparıblar. Beləliklə, Andrea əqli vəziyyətinə görə həbsxanadan çıxarılıb son 17 ilini keçirdiyi psixiatriya xəstəxanasına göndərilib. Məhkumluq şərtlərinə görə Yeytsin hər il bir yoxlamadan keçmə hüququ var. Bu yoxlamada həbs keçirdiyi illər ərzində islah olduğu anlaşılarsa, azad buraxılma şansına malikdir. Ancaq Andrea xəstəxanadan azad edilməyə uyğun olub-olmadığının müəyyən ediləcəyi məhkəmə iclasını rədd edir: Uşaqlarının ölümündən özünü məsul tutmağa davam edən cani ana psixiatriya xəstəxanasından çıxıb azad olacağı yeni bir həyata başlamağı qəbul etmir.

Məhkəmənin qərarına görə, Andrea həyatının qalan hissəsini bu müəssisədə keçirə bilər.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.