Hərarət insan davranışına necə təsir edir?

12-07-2024, 16:44           
Hərarət insan davranışına necə təsir edir?
2024-cü ilin yayı dünyada temperatur rekordları qırmaqda davam edir.

Həddən artıq isti hava sağlamlıq problemlərinə səbəb ola bilər.

Bununla yanaşı, istilik insanların davranışlarına da təsir edir.

Alimlərin fikrincə, yüksək temperatur insanları aqressivləşdirir. Məhz isti havalarda zorakılıq cinayətlərinin sayı artır.

Temperaturun yüksək olması, həmçinin depressiya, şizofreniya və digər əqli pozuntulara səbəb ola bilər.

Bununla bərabər, havanın istiliyi insanların işləməsi və tədris prosesinə də mənfi təsir göstərir. Belə şəraitdə faydalı iş əmsalı, eləcə də şagird və tələbələrin təhsil göstəriciləri aşağı düşür.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru