Böyrəyində problem olanlar bu qidaları yeməsin
15-07-2024, 07:14
Böyrəklərdə hətta kiçik problemlər varsa, bu məhsullar istisna edilməlidir.Böyrək xəstəlikləri üçün qidalanma araşdırmalarının əksəriyyəti ən zərərli qidaların ədviyyatlı və işlənmiş ətlər olduğunu göstərib.Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, alimlər müəyyən ediblər ki, onların müntəzəm istifadəsi 50 faiz hallarda ciddi nəticələrə səbəb ola bilər.Bu qidalar böyrəklərə mənfi təsir göstərməklə yanaşı, ürək-damar xəstəlikləri riskini də artırır və ölüm ehtimalını 40 faiz artırır.Böyrək xəstəliyiniz varsa, qətiyyən istehlak edilməməsi lazım olan qidalarHəkimlər aşağıdakı qidaları rasionunuzdan xaric etməyi tövsiyə edir:•Yarpaqlı yaşıl tərəvəzlər: turşəng, ispanaq.• Pomidor, qırmızı çuğundur, kərəviz.• Lobya, noxud, Brüssel kələmi.• Meyvə və giləmeyvə: zoğal, gavalı, alça, qara qarağat və əncir.• İsti ədviyyatlar, duzlu pendirlər, kolbasa, şokolad, kakao.• Alkoqol, yağlı ət və balıq, bulyon və jele.Böyrək probleminiz varsa yeyə biləcəyiniz qidalarBöyrək xəstəliyi üçün həkimlər məhdud miqdarda aşağıdakı qidaları tövsiyə edirlər:• Qırmızı yağsız ət və balıq.• Süd məhsulları: süd, kəsmik.• Yumurta, göbələk, kartof.• Şəkər, bal, çox güclü olmayan çay.• Sarımsaq və soğan.Məhdudiyyət olmadan istehlak edilə bilən qidalar• Yağsız ət və balıq.• Yüksək keyfiyyətli kərə yağı.• Tam taxıl və çörək məhsulları.• Tərəvəz şorbaları (pomidor istisna olmaqla).• Tərəvəzlər: gül kələm, qarpız, badımcan, xiyar, kök.• Qadağan olunmuş siyahıda olmayan müxtəlif meyvə və giləmeyvə.Böyrəklərdə daş əmələ gəlirsə, rasionunuza cəfəri ilə salatlar əlavə etmək və bu bitki ilə həlimlər içmək məsləhət görülür.