"Access Bank"ın depozitləri 21 milyon manatdan çox azalıb, şirkətlər 12 milyon manatdan çox vəsaitlərini bankdan çıxarıblar

15-07-2024, 18:14           
 "Access Bank"ın depozitləri 21 milyon manatdan çox azalıb, şirkətlər 12 milyon manatdan çox vəsaitlərini bankdan çıxarıblar
"Access Bank"da 2024-cü ilin birini yarısında depozitləriin həcmi 1 milyard 29 milyon 725 min manat olub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 2 % yaxud da 21 milyon 850 min manat azdır.

2023-cü ilin sonunda "Access Bank" ın depozitlərinin həcmi 1 milyard 51 milyon 575 min manat olub.

"Access Bank"ın hesabat dövründə fiziki şəxslərin depozitlərin həcmi 832 milyon 897 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 1,1% yaxud da 9 milyon 569 min manat azdır.

2023-cü ilin sonunda bankın fiziki şəxslərin depozitlərinin həcmi 842 milyon 466 min manat olub.

2024-cü ilin birinci yarısında "Access Bank"da hüquqi şəxslərin depozitlərin həcmi 5,8% yaxud da 12 milyon 281 min manat azalaraq 196 milyon 828 min manata enib.

2023-cü ilin sonunda bankda hüquqi şəxslərin depozitlərinin həcmi 209 milyon 109 min manat olub.

"Access Bank" 2024-cü ilin birinci yarısında aktivlərinin həcmi 1 milyard 478 milyon 666 min manat olub. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 6,2% yaxud da 86 milyon 379 min manat çoxdur.

2023-cü ilin sonunda bankın aktivlərinin həcmi 1 milyard 392 milyon 287 min manat olub.

Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 144 milyon 316 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 15,6% çoxdur.

2023-cü ilin sonunda bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 124 milyon 771 min manat olub.

"Access Bank"ın banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 16% artaraq 143 milyon 180 min manata çatıb. Bank 2023-cü ilin sonunda banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi 123 milyon 360 min manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru