Azərbaycanda minlərlə eşşək yoxa çıxıb - Heyvanların aqibəti necə olub?

16-07-2024, 00:08           
Azərbaycanda minlərlə eşşək yoxa çıxıb -
Azərbaycanda son 1 il əzində eşşəklərin sayında ciddi azalma qedə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub.

Məlumata görə, eşşəklərin böyük hissəsinin – 10174-nün yaşı 3 və daha çoxdur.

Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.

Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub.

Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var.

Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur.

Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.

İqtisadi rayonlar arasında eşşələrin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş),

İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.

Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:

Qazax rayonu – 895 baş

Quba rayonu – 891 baş

Samux rayonu – 728 baş

Tovuz rayonu – 550 baş

Yardımlı rayonu – 553 baş

Sabirabad rayonu – 474 baş

Goranboy rayonu – 468 baş

Astara raonu – 448 baş

Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru