Həkim ətdən imtina etməyin təhlükələrindən DANIŞDI

16-07-2024, 12:54           
Həkim ətdən imtina etməyin təhlükələrindən DANIŞDI
"Vegetarianlıq bəzi insanlar üçün genetik olaraq əks göstərişdir".

Bu barədə endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova bildirib.

Həkimin sözlərinə görə, alimlər müəyyən ediblər ki, bəzi insanlar üçün ətdən imtina etmək triqliseridlərin səviyyəsinin artması və böyrəklərin fəaliyyətinin pozulması səbəbindən ürək xəstəliklərinə səbəb ola bilər.

Həkim əlavə edib ki, vegeterianların D vitamini və kalsium səviyyəsi aşağı düşür, lakin bəzi insanların orqanizmində çox miqdarda kalsium olur ki, bu da böyrək daşlarının əmələ gəlməsinə səbəb olur. Bundan əlavə, vegetarian kişilər testosteron çatışmazlığından şikayət edə bilərlər, lakin bəzi hallarda onun artıqlığı da var.
lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru