İli köhnə olan avtomobilləri taksi kimi qeydiyyatdan keçirmək mümkündür? - RƏSMİ/VİDEO

16-07-2024, 16:38           
İli köhnə olan avtomobilləri taksi kimi qeydiyyatdan keçirmək mümkündür? - RƏSMİ/VİDEO
Sosial şəbəkələrədə taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün maşınları pul ilə qeydiyyatdan keçirən səhifə açılıb. Hətta ili 1995-96 olan nəqliyyat vasitələrini də qeydiyyatdan keçirmək mümkündür. Həmin şəxs etdiyi işə tam zəmanət verdiyini də qeyd edib.

Xezerxeber.az-n məlumatına görə, qeydiyyat edən şəxs deyib ki, müraciət edən vətəndaş ölkəmizdə fəaliyyət göstərən məşhur taksi şirkətlərindən birində çalışa bilər.

Adı çəkilən taksi şirkətindən bildirilib ki, hesabın servislə heç bir əlaqəsi yoxdur. Sistemdə avtomobilin yaşını və qanunun tələblərinə uyğunluğunu izləməyə imkan verən tədbirlər mövcuddur.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, hazırda taksi kimi fəaliyyət göstərə bilməyən şəxslər bu yollarla aldana bilərlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, köhnə olan avtomobillərin taksi fəaliyyəti üçün qeydiyyatdan keçirilməsi ilə bağlı sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşlara belə elanlara inanmamağı və şəxsi məlumatlarını təqdim etməməyi tövsiyə edirik.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru