“Aqrar idarəçilikdə yaxşı reklam var, amma real iş yoxdur” –EKSPERT ŞƏRHİ

17-07-2024, 16:54           
“Aqrar idarəçilikdə yaxşı reklam var, amma real iş yoxdur” –EKSPERT ŞƏRHİ
“Statistika Komitəsi 6 aylıq iqtisadi göstəriciləri açıqlayıb. Diqqəti cəlb edən vacib məqam aqrar sektorda durğunluğun qeydə alınmasıdır. Kənd təsərrüfatında artım faktiki olaraq dayanıb”.
Azpost.info bildirir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev göstəriciləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, bitkiçilik seqmentində 1,7% kiçilmə olduğu qeyd edilir: “Son 5 ildə (2019-2024-cü illər) oxşar hal yalnız bir dəfə – 2022-ci ilin ilk yarısında qeydə alınıb. Nəzərə almaq lazımdır ki, aqrar sahədə durğunluq və geriləmə işğaldan azad edilmiş ərazilər hesabına on minlərlə hektar sahənin fəal dövriyyəyə cəlb edildiyi dövrdə baş verir”.
Ekspertin sözlərinə görə, iqlim dəyişikliklərinin sahəyə təsiri aşkar hiss edilir. İntensiv yağıntılar, sel və dolu kütləvi şəkildə əkinləri və məhsulları məhv edib: “Amma ölkədə səmərəli və yüksək elmi potensiala əsaslanan aqrar idarəçilik də qurmaq mümkün olmayıb. Digər sahələrdə olduğu kimi burda ya yaxşı reklam var, amma real və nəticəli iş yoxdur”.
R.Ağayev deyib ki, aqrar sektor Azərbaycan üçün son dərəcə həssas sahədir. Ölkə əhalisinin ən azı üçdə birinin gəlirləri və məşğulluğu bu sahəyə bağlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.