10 min ildən sonra Yerə ən yaxın olacaq asteroid gəlir –Onu kosmik gəmi qarşılayacaq
17-07-2024, 16:58
Alimlərin Apofis adı verdikləri asteroid yerə yaxınlaşır.
Azpost.info bildirir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat verib.
Gəzinti gəmisi ölçüsündə olan asteroid Yerə 13 aprel 2029-cu ildə yaxınlaşacaq. Obyekt yerin 19,883 mil (32,000 kilometr) yməsafədə olacaq.
Avropa Kosmik Agentliyi elan edib ki, yeni “Ramzes” kosmik gəmisi Apofis asteroidini Yer kürəsinə uçmadan əvvəl və sonra müşayiət edə biləcək.
Uzunluğu 375 metr olan kosmik daş parçası planetimizə orbitindəki peyklərdən və Aydan 10 dəfə daha yaxın olacaq. Apofis Yerə o qədər yaxınlaşacaq ki, Avropanın, Afrikanın və Asiyanın bir hissəsində yaşayan təxminən 2 milyard insan tərəfindən adi gözlə görünəcək.
2029-cu ilin fevralında Yerə yaxınlaşacaq Apofisə çatmaq üçün “Ramses” 2028-ci ilin aprelində kosmosa qalxmalıdır. Agentliyin məlumatına görə, artıq mövcud resurslardan istifadə etməklə missiyaya hazırlıq işlərinə başlanılıb. Lakin missiyaya qoşulub-qoşulmayacağına dair yekun qərar 2025-ci ilin noyabrında ESA Nazirlər Şurasının iclasında veriləcək.
İlk dəfə 2004-cü ildə kəşf edilən Apofis Misirin xaos tanrısının adını daşıyır. Astronomlar əvvəlcə kosmik daş parçasının 2029 və 2068-ci illərdə Yerə düşə biləcəyindən narahat idilər. Lakin sonrakı müşahidələr NASA-nın Tədqaqt Mərkəzi Apofisin Yer üçün təhlükə yarada biləcəyi riskini istisna edib.
Mərkəzdəki elm adamları Yerə yaxın olan obyektləri araşdırmaq və onların planet üçün yarada biləcəyi təhlükələri anlamaq üçün radar və teleskoplardan istifadə edirlər. Apofis hazırda heç bir təhlükə yaratmasa da, yaxından uçuş nadir bir fürsət təqdim edir. Astronomlar hesab edirlər ki, bu ölçüdə bir asteroid 5-10 min ildə bir dəfə Yerə bu qədər yaxınlaşır.
ESA və NASA Apofisi mümkün qədər yaxından tədqiq edərək, kosmik süxurların Yerin cazibə qüvvəsi ilə qarşılıqlı əlaqəsi zamanı nə baş verdiyini anlamaq üçün bu unikal kosmik hadisədən istifadə etməyi planlaşdırır. Hər bir qurum asteroidi izləmək üçün kosmik gəmi göndərəcək.