Bakıda eyni nömrəli iki avtobus fərqli istiqamətlərə gedir? - RƏSMİ CAVAB

17-07-2024, 17:54           
Bakıda eyni nömrəli iki avtobus fərqli istiqamətlərə gedir? - RƏSMİ CAVAB
İyulun 1-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların nömrəsi dəyişdirilib.

Xezerxeber.az-ın məlumatına görə, sonradan aydın olub ki, eyni nömrədə başqa marşrut avtobusları da var.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı şəhərində əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.

Marşrut xətləri optimallaşdırılır. Bununla əlaqədar olaraq marşrut xətləri müsabiqəyə çıxarılaraq yenilənir. Yenilənmə zamanı şəhərdaxili, şəhərkənarı və qəsəbələrarası marşrutların fərqlənmələri üçün nömrələrində də dəyişiklik edilir.

Hazırda cəmi iki nömrə təkrarlanır və bu, tezliklə aradan qaldırılacaq.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru