Ruslar niyə 8 raket daşıyıcısından istifadə etmir? - İlginc şərh
5-09-2024, 11:14
Rusiya işğalçıları bu gün işğal altındakı Krımdan Ukraynaya havadan və yerdən raketlərlə, o cümlədən “İsgəndər” raketləri ilə hücum edib.
Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk yarımada Rusiyanın nəzarətində qaldılqca düşmənini bu təcrübəni tətbiq edəcəyini bildirib.
""İskəndər" raketləri və Qara dənizə gəlincə, burada iki mühüm məqam var. Bəli, düşmən müvəqqəti işğal olunmuş Krımdan ballistik raketlərin buraxılması üçün platforma kimi istifadə etməkdə davam edir. Təəssüf ki, biz bu ərazini azad edənə qədər bu, belə davam edəcək. Əlbəttə ki, bu raketlər sürətlidir, lakin hər halda, məsafə nə qədər böyükdürsə, raketlər havada bir o qədər çox qalır və onlara qarşı tədbir görmək bir o qədər asandır. Yəni reaksiya vermək üçün daha çox vaxt var”, - deyə Pletençuk “Novosti-Live”də bildirib.
O, bir mühüm məqama da diqqət çəkib - düşmən Ukraynaya hücum etmək üçün əslində dəniz platformalarından istifadə etmir.
“Yəni, burada düşmənin taktikası dəyişməz olaraq qalır. Faktiki olaraq, Qara dənizdə 8 qanadlı raket daşıyıcısı var. Lakin Rusiya onları ayrıca silah kimi deyil, yalnız birləşmiş hücumlar zamanı istifadə edir. Bununla da Ukraynanın hava hücumundan müdafiə qüvvələrini gərginlik altında saxlamaq istəyir. Bu praktika faktiki olaraq aylardır davam edir”, - Pletençuk əlavə edib.
O vurğulayıb ki, işğalçılar dəniz platformalarından əsasən yayındırıcı manevrlər kimi istifadə edirlər. Və bunu ehtiyatla - Qara dənizə girmədən edirlər:
"Azov-Qara dəniz bölgəsindəki hava məkanına gəlincə, təəssüf ki, Rusiya aviasiyası orada hökmranlıq etməkdə davam edir. Bu faktdır və bunu demək lazımdır. Onlar sahilə yaxınlaşa bilməzlər, amma havadakı strategiya istisna deyil.Onlar yaxın gəlməkdən qorxurlar və buna görə də zərbə endirmək üçün strateji aviasiyadan yararlanlrlar. Əvvəllər onlar sahilə yaxınlaşır, akvatoriyanı minalayırdılar. Başqa tip təyyərələrdən, məsələn, taktiki aviasiyadan istifadə edirdilər".
O, əlavə edib ki, Qara dəniz üzərində Su-24 bombardmançı təyyarəsini itirən işğalçılar müəyyən ərazidə belə təyyarələrdən istifadə təcrübəsini dayandırıblar.
"Təəssüf ki, uzaq məsafədən fəaliyyət göstərən düşmən silahlarını vurmağa imkan verəcək bir alətimiz olmayana qədər, hava üstünlüyü ilə bağlı problemimiz olacaq".