Nə üçün "Formula 1" yarışması bu dəfə 13-15 sentyabra salınıb ?

12-09-2024, 10:13           
Nə üçün "Formula 1"  yarışması bu dəfə 13-15 sentyabra salınıb ?
İlk dəfədir ki, Bakıda “Formula 1” sentyabr ayında keçiriləcək.
Təsəvvür edin ki, bu qərarı verənlər nə qədər “qurd ürəyi” yeyiblər. Yəni düşünürəm ki, onlara da Bakının mərkəzində, ən çətin günlərdə yarış təşkil etmək qərarını vermək asan olmayıb.
Ölkə üzrə dərslərin başlandığı bir gündə, Bakının mərkəzində, 10 məktəbin yerləşdiyi bir ərazidə belə bir kütləvi tədbirin keçirilməsi haqqında qərar qəbul etmək təşkilatçılar üçün də çox riskli ola bilərdi.
Bu yarışla çox maraqlanmadığımdan onun dəqiq vaxtı ilə bağlı təşkilatçıların qərarının nəyə əsaslandığını deyə bilmərəm.
Amma tam əminəm ki, qərar data əsaslı olub.
Ən azı təşkilatçıların əlindəki data bu qərarın qəbulunda böyük rol oynayıb.
Onların əlində dəqiq data olub ki, əvvəlki yarışlarda İŞTİRAK EDƏN və MARAQ GÖSTƏRƏN uşaqlar və tələbələr üçün, onların valideynləri üçün, həmçinin yarışın təşkilində müstəsna rol oynayan könüllülər üçün məhz "13-15 sentyabr" ən uyğun vaxtdır.
Güman ki, ən uyğun tarixlərin seçilməsində süni intellektdən də istifadə ediblər.
İstisna etmirəm ki, başqa əsaslar da olmamış deyil.
Ümid edirəm Formula 1 Qran-Prisi təşkilatçıları bu tədbirin təşkili günlərində sürücülərə, sərnişinlərə, dövlət qurumlarına və biznesə də nə qədər çətinliklər yaşatdıqlarının fərqindədirlər .
Bunu bilmək üçün isə data filana da ethiyac yoxdur
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.