"Wills Eye Hospital" Ukrayna əsgərlərinin görmə qabiliyyətinin bərpasına yardım edir

Dünən, 15:54           
"Wills Eye Hospital" Ukrayna əsgərlərinin görmə qabiliyyətinin bərpasına yardım edir
2015-ci ildən bəri Amerikanın ən qədim göz klinikalarından biri olan "Wills Eye Hospital" başından və ya üzündən ciddi xəsarət alan Ukrayna əsgərlərinin görmə qabiliyyətinin bərpa edilməsinə yardım edir. Ukrayna əsilli bir cərrah üçün özəl məna daşıyır. İrina Solomko bununla bağlı reportaj hazırlayıb.

Oftalmologiya üzrə professor və plastik cərrah Yuriy Bilıkın valideynləri Ukraynadandır. Lakin o, burada anadan olub və valideynlərinin vətəni ilə dərin əlaqələri var. Plastik cərrah Yuriy Bilık: "Ukrayna ictiması mənim telefonumu bilir, yerli təşkilatlar da bilir və mənə zəng edirlər".

Onlar Bilıka Pensilvaniya ştatının Filadelfiya şəhərində Ukrayna əhalisinin çox olduğu "Wills Eye Hospital"da işlədiyinə və Ukraynada müharibədə yaralanan veteranlara yardım etmək imkanı olduğuna görə zəng edirlər. Yuriy Bilık: "Mən onu demək istəyirəm ki, xəstəxana rəhbərliyi heç vaxt “yox” demir."

O, okuloplastik cərrahiyyəsi və ya gözün rekonstruksiyası üzrə ixtisaslaşıb.

Müharibə başlayandan bəri xəstəxana ciddi üz və göz xəsarətləri olan yaralı Ukrayna əsgərlərinə yardım edir.

Mark Bleçer xəstəxananın baş administratorudur. O deyir ki, onlar kənardan gələn ianələr sayəsində yaralı ukraynalılara pulsuz yardımı təklif edir. Mark Bleçer: "Wills hospitalının yaxşı donor dostları var. Onlar ehtiyacı olan Ukrayna əsgərlərinə yardım etmək və bunu davam etdirə biləcəyimizə əmin olmaq üçün xüsusi bir fonda töhfə verib."

Doktor Bilık deyir ki, Rusiya 20-22-ci illərdə Ukraynaya müdaxilə edəndən bəri 20-yə yaxın əsgər Ukraynada edilə bilməyən göz əməliyyatları üçün buraya gəlib. Bəziləri saatlar çəkir və çox zaman birdən çox cərrah cəlb olunur. "Düşünürəm ki, ən uzun əməliyyatı doktor Seyid edib. O, süni buynuz qişası qoymalı idi. Əməliyyat bir neçə saat davam etdi. Bəzən tor qişası mütəxəssisi işə başlayır, sonra buynuz qişası mütəxəssisi ona aid olan işi görür, sonra isə mən göz qapaqları üzərində işləyirəm."

Cərrah Ziba Seyid Bilık ilə işləyir, çox vaxt əməliyyatı birlikdə edirlər. O, gözün ən kənar təbəqəsi olan buynuz qişası üzrə ixtisaslaşıb. Buynuz qişası üzrə cərrah Ziba Seyid: "Buynuz qişasında çapıqların əksəriyyəti partlayış nəticəsində yaranır. Gözün buynuz qişasının şəffaflığı pozulur və tamamilə ağ olur. Buna görə də bu xüsusi növ transplantasiya təxminən 1,5 saat çəkir."

Seyid deyir ki, gördüyü ukraynalı əsgərlərin əksəriyyəti ailəsi və uşaqları olan gənclərdir. Çox vaxt kiminsə görmə qabiliyyətini tam bərpa etmək mümkün olmasa da, görmə qabiliyyətinin hətta qismən bərpası əziyyət çəkən ailələr üçün böyük yardım ola bilər. Buynuz qişası üzrə cərrah Ziba Seyid: "Kontakt linzaya uyğunlaşdırdığımız xəstənin həyat yoldaşı mənə dedi ki, nəhayət, onu evdə tək qoya bilər. İndiyə qədər onu evdə tək qoya bilməzdi, çünki bu, təhlükəsiz deyildi."

Bilık bəzən əməliyyatların yardım etmədiyini, onun gözü çıxarmalı olduğunu və bunun emosional və psixoloji cəhətdən çox ağır olduğunu deyir. "Bəzən zədə o qədər dərin olur ki, yardım edə bilmirik. Beləliklə, gözü çıxarmaq gərək olur. Bu, xəstənin gözündə protez olması gözünün olmamasından daha yaxşıdır. Onlar bura gələndə biz kömək edə bilməyəcəyimizi deyəndə çətin söhbət olur."

Bilık və "Wills Eye Hospital"ın digər həkimləri Ukrayna əsgərlərinə pulsuz yardımı onların buna ehtiyacı qalmayana qədər davam edəcəklərini deyirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.