Şuşada ən çox hansı ölkədən olan turistlər qalır? - SİYAHI

10-10-2024, 15:26           
Şuşada ən çox hansı ölkədən olan turistlər qalır? - SİYAHI
Bu ilin yanvar-avqust ayları ərzində xarici ölkələrdən Azərbaycana gələn turistlər Şuşada 1 535 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər arasında ən çox Qazaxıstan vətəndaşları Şuşa şəhərində gecələyiblər.
Bu ilin ilk 8 ayında Qazaxıstan vətəndaşları Şuşada 153 gecə keçiriblər. Ən az gecə keçirənlər isə Moldova vətəndaşları olub – cəmi 1 gecə.
Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Qazaxıstan – 153 gecə;
Macarıstan – 81 gecə;
Rusiya – 64 gecə;
Özbəkistan – 56 gecə;
Qırğızıstan – 34 gecə;
Pakistan – 20 gecə;
ABŞ – 11 gecə;
Belarus – 10 nəfər;
Bolqarıstan – 8 gecə;
Gürcüstan – 7 gecə;
İsrail – 7 gecə;
Böyük Britaniya – 6 gecə;
Birləşmiş Ərəb Əmirlikləri – 6 gecə;
Oman – 5 gecə;
Almaniya – 4 gecə;
İtaliya – 3 gecə;
Litva – 3 gecə;
Misir – 3 gecə;
Moldova – 1 gecə;
Digər ölkələr – 533 gecə.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru