Ürək-damar xəstələri necə yeməlidir?

Bu gün, 16:08           
Ürək-damar xəstələri necə yeməlidir?
Kardioloq Sergey Provatorov ürək-damar xəstəlikləri üçün necə yemək lazım olduğunu söyləyib.
Ekspert “İzvestiya” qəzetinə müsahibəsində “Heyvan yağının istehlakını azaldın” deyib.Mütəxəssisin sözlərinə görə, ət konservləri, yağlı quş əti, içalat, kolbasa, hisə verilmiş ət və piydə çoxlu xolesterin var ki, bu da qan damarlarında lövhə şəklində yığılır.Mütəxəssis həmçinin kofeinli içkilərin istehlakını azaltmağı tövsiyə edib.Kardioloq əlavə edib ki, banan, üzüm, kivi, gavalı, ərik qurusu, kişmiş, itburnu, kartof, kələm, balqabaq, kaliumla zəngin olan ərik qida rasionuna daxil edilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.