Qrenlandiya ABŞ-yə bunun üçün lazımdır

27-03-2025, 10:34           
Qrenlandiya ABŞ-yə bunun üçün lazımdır
Qrenlandiya Birləşmiş Ştatlara beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün lazımdır, Vaşinqton onu əldə etməlidir.

TNS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalist Vins Kolianezeyə müsahibəsində söyləyib.

“Qrenlandiya bizə beynəlxalq təhlükəsizlik üçün lazımdır. O bizə lazımdır. Biz onu əldə etməliyik. Bu, müdafiə və hətta hücum mövqeyi baxımından bizə lazım olan bir adadır, xüsusilə indiki dünyada. Biz ona sahib olmalıyıq. Buna görə də mənə bu barədə danışmaq xoş olmasa da, biz onu əldə etməli olacağıq”, – dövlət başçısı deyib.

Qeyd edək ki, Donald Tramp Danimarkaya Qrenlandiyanı almaq təklifini hələ 2019-cu ildə etmişdi ki, bu da Kopenhagenin kəskin reaksiyasına səbəb olmuşdu

Tramp rəddi “xoşagəlməz” adlandırmış və Danimarkaya planlaşdırılmış səfərini ləğv etmişdi. Qrenlandiyanı almaq ideyası yeni deyil — ABŞ artıq 1946-cı ildə bunu təklif etmişdi, lakin Danimarka hakimiyyəti imtina etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru