DİQQƏT! Yeni infeksiya yayılır: Bu şəxslər təhlükədədir

5-05-2025, 07:54           
DİQQƏT! Yeni infeksiya yayılır: Bu şəxslər təhlükədədir
ABŞ “yaşıl göbələk” infeksiyası (Aspergillus) barədə xəbərdarlıq edib.

TEREF Globalinfo.az-a istinadən zəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazıb.

Bildirilib ki, sözügedən infeksiyanın yayılmasını asanlaşdıran iqlim dəyişikliyi səbəbindən milyonlarla insanın sağlamlığı təhlükədədir.

“Hər il milyonlarla insan bu infeksiyaya yoluxur. Elm adamlarının hesablamalarına görə, 2100-cü ilə qədər ölkələr qalıq yanacaqlardan istifadə etməyə davam edərsə, göbələk yeni ərazilərin 77%-nə yayıla bilər. Mütəxəssislərin fikrincə, temperaturun yüksəlməsi potensial həyati təhlükə törədən patogenlərin, o cümlədən dərmanlara davamlı olan göbələk infeksiyalarının coğrafiyasını artıracaq”, – deyə bildirilib.

Paralel olaraq, elm adamları dünyanın indi təhlükəli patogenlərin yayılmasında “dönmə nöqtəsinə” yaxınlaşdığını vurğulayıb:

“Qeyd edilən infeksiya immuniteti zəif olan insanlar üçün xüsusilə risklidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru