Zelenskinin üzündəki qəribə iz müzakirələrə səbəb olub
Bu gün, 16:24
Ukrayna Prezidenti Volodimir Zelenskinin üzündəki qəribə iz sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
MK.ru xəbər verir ki, Ukrayna liderinin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra paylaşdığı fotoşəkildə üzündəki iz internet istifadəçilərinin diqqətini cəlb edib.
İş stolu arxasında oturan V.Zelenskinin üzünün sağ tərəfində geniş şaquli qırmızımtıl zolaq görünür.
Versiyalardan birinə görə, bu, Ukrayna dövlət başçısının yaralandıqdan sonra keçirdiyi gizli əməliyyatın izidir.
Digərləri isə hesab edirlər ki, V.Zelenski başını stolun küncünə qoyub yatdıqdan sonra üzündə iz əmələ gəlib.