Norveçdə kral ailəsinin üzvü dörd zorlamada ittiham olundu Bu gün, 16:18 Oslo prokurorluğu Norveç vəliəhdi Mette-Maritin oğlu Marius Borq Höybini 4 zorlama faktında ittiham edib.Bu barədə NRK məlumat yayıb.Bildirilib ki, Höybi ümumilikdə 32 maddə üzrə ittiham olunub.O, həmçinin keçmiş qız yoldaşlarına qarşı qəddarlıqda da günahlandırılır. Höybini 10 ilə qədər həbs gözləyir.Qeyd edək ki, vəliəhd şahzadənin oğlu ötən il avqustun 4-dən istintaq altındadır. Facebook-da paylaş