Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO

Bu gün, 16:19           
Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
Sosial şəbəkələrdə əməliyyat proseduru ilə bağlı daha bir qeyri-etik görüntülər yayılıb.

Lent.az xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışova sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdə qadın xəstənin bədəni çılpaq halda nümayiş olunub.

Jurnalist bildirib ki, videoda Abdullayeva Gülbədə digər həmkarları ilə sözügedən məqamda oynayaraq videoçəkiliş edib.

Pərvin Abışova qeyd edib ki, adıçəkilən tibb işçisi əvvəl saç ustası olub.

Məsələ ilə bağlı Lent.az Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb. Mərkəzdən hadisədən xəbərdar olduqları və bu istiqamətdə araşdırma aparıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru