“iPhone 18”in buraxılış tarixi dəyişir

Bu gün, 16:24           
“iPhone 18”in buraxılış tarixi dəyişir
"Apple" şirkəti "iPhone 18" modelini 2026-cı ildə bazara çıxarmayacaq.

Yeni modelin debütü 2027-ci ilin əvvəlində gözlənilir.

Koreya mediası bildirir ki, "iPhone 18" ilk qatlana bilən "iPhone" ilə birlikdə satışa çıxarılacaq.

Ekspertlər hesab edirlər ki, bu strategiya şirkətin satışlarını artırmağa yönəlib. "iPhone 18" modelinin olmaması şəraitində istifadəçilərin "iPhone 18 Air" və "iPhone 18 Pro" versiyalarına üstünlük verməsi gözlənilir. Bununla belə, "iPhone 17e" modelinin buraxılış tarixində dəyişiklik nəzərdə tutulmur.

Analitik Min-Çi Kuo daha əvvəl açıqlamışdı ki, "Apple" 2026-cı ilin sentyabrında "iPhone 18" modelini elan etməyəcək. Onun sözlərinə görə, həmin dövrdə "iPhone 18 Air", "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və ilk qatlana bilən "iPhone" təqdim olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru