Atasını güllələyib, meyitini doğrayıb, kollektora atan yeniyetməyə hökm oxunub

Dünən, 10:49           
Atasını güllələyib, meyitini doğrayıb, kollektora atan yeniyetməyə hökm oxunub
Atasını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən, yetkinlik yaşına çatmayan D.H-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Ajans.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmənində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin atası Röyal Hüseynovu öldürməsi sübuta yetirlib və o, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ddövlət ittihamçısı da cinayət işi üzrə təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il dekabrın 17-də Salyan rayonunun Yeni Uluxanlı kəndində baş verib. Ailə münaqişəsi zəminində yeniyetmə atasını odlu silahla qətlə yetirib, doğrayaraq kənd ərazisindəki kollektora atıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Atasını öldürdükdən sonra itkin kimi qələmə verib

2024-cü il 19 dekabrda Salyan rayon sakini Röyal Hüseynovun itkin düşməsi ilə bağlı aidiyyati orqanlara məlumat verilir. Keçirilən axtarış-əməliyyat nəticəsində şəxsin bədəninin hissələrə bölünmüş formada aşkar edilir. Məlum olur ki, şəxs öldürülüb və cinayət işini gizlətmək üçün hissələrə ayıraraq kollektora atıb.

Övladını xilas etmək üçün ana cinayəti üzərinə götürüb

İlkin araşdırma zamanı Röyal Hüseynovun həyat yoldaşı Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib. Mətanət Hüseynova oğlunu “Xilas etmək” üçün cinayəti öz üzərinə götürüb.

Əməliyyat çərçivəsində əsl cinayətkar saxlanılıb

Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla məlum olub ki, cinayəti Mətanət Hüseynova deyil, məhrumun oğlu D,H törədib. Mətanət Hüseynova sərbəst buraxılıb, oğul isə saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaqa təhvil verilib.

Cinayətin törədilməsi

Məlum olub ki, Röyal Hüseynov ailəsinə zorakılıq göstərib. Bu zorakılıq davamlı və şiddətli olub. Buna dözməyən D,H odlu silahdan atəş açaraq onu qətlə yetirib və izi itirmək üçün meyiti doğrayaraq kollektora atıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.