Qəhvəni günün bu saatında için

Bu gün, 11:24           
Qəhvəni günün bu saatında için
Alimlərin apardığı yeni araşdırma, səhər içilən qəhvənin insanları daha xoşbəxt etdiyini üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, mütəxəssislər, kofeinin beyində "adenozin" adlı kimyəvi maddəyə bağlı reseptorları blokladığını və bunun yuxu hissini azaltdığını müəyyən edib.

Qəhvənin hansı saatlarda insanı daha xoşbəxt etdiyini araşdıran alimlər, yuxudan oyandıqdan sonrakı 2,5 saat ərzində içilən qəhvənin insanları daha xoşbəxt etdiyini bildiriblər. Səhər saatlarında içilən qəhvənin insanların ruh halını yaxşılaşdırdığı, lakin günorta sonrası içilən qəhvənin eyni effekti vermədiyi qeyd olunub.

Alimlər, qəhvə içməyin yalnız ayıqlığı artırmadığını, eyni zamanda ürək sağlamlığını dəstəklədiyini açıqlayıblar. Həmçinin qəhvənin metabolizmanı sürətləndirə biləcəyi və xroniki xəstəlik riskini azalda biləcəyi bildirilib. Alimlər, kortizol səviyyəsinin yüksək olduğu saatlarda qəhvə içməyin düzgün olmadığını vurğulayaraq, kofeinin faydalarından tam yararlanmaq üçün günün ən uyğun saatlarında qəbul edilməsini tövsiyə ediblər.

ABŞ-nin Merilend Universitetinin araşdırmasına görə, səhər qəhvəsini oyanan kimi içmək əvəzinə saat 09:30 - 11:30 arasında içmək tövsiyə olunur.

Mütəxəssislər, gündə 5 fincandan artıq qəhvənin zərərli olduğunu deyərək, qəhvənin ayıqlıq verməsinin səbəbini kofeinin sinir sistemini stimullaşdıraraq kortizol hormonu ilə qarşılıqlı təsirə girməsi ilə izah ediblər. (Milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru