Zelenski Trampla görüşə tək uçmayacaq – ona Avropa Komissiyasının sədri Ursula fon der Leyen və digər Avropa liderləri də qoşulacaq. Onun təyyarəsi artıq yola düşüb və birinci dayanacağı Brüsseldir. Mediada yayılan xəbərlərə görə, NATO-nun baş katibi Rutte, Fransa prezidenti Makron, İngiltərə baş naziri Starmer, Almaniya kansleri Merz, İtaliyanın baş naziri Meloni və Finlandiya prezidenti Stubbb da Vaşinqtona uça bilər. Daha çox ad əlavə etmək olar. Birləşmiş Cəbhə. Avropa Ukraynanı dəstəkləyir. Roman Şeremeta