Azərbaycanlı məşhur kouç “Etalon Hospital”da plastik əməliyyatdan sonra vəfat etdi
Bu gün, 12:28
Bakıda pasiyent əməliyyatdan sonra vəfat edib. XALQ xəbər verir ki, “Etalon Hospital”da plastik əməliyyat olunan 1989-cu il təvəllüdlü Nilufər Abdulla vəfat edib. 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra vəfat edib.
“Etalon Hospital”da Əməliyyatdan sonra qadının vəziyyəti ağırlaşıb və vəfat edib. 1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır. Bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb. Qeyd edək ki, son zamanlar liposaksiya əməliyyatından sonra vəfat edənlərin sayı artır. Tibbi təhsili olmayan və lisenziyasız həkimlərlə bağlı ciddi araşdırma aparılmaqdadır.
Qeyd edək ki, belə hadisə “Etalon Hospitalı”da ilk deyil .