45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Bu gün, 12:24           
45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi “Atlas Alliance Group” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Şirkət su yolu hərəkət vasitələrinin tez-tez sıradan çıxan hissələrinin satın alınması ilə bağlı sözügedən qurumun keçiridyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 208 482,4 manatdır.
“Atlas Alliance Group” MMC 1 aprel 2018-ci ildə “Azər 1982” MMC kimi qeydiyyata alınıb. 8 gün sonra isə şirkətin adı dəyişdirilib.
“Atlas Alliance Group” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə İsmayılov Azər Rəhim oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Araşdırmalarımız zamanı o da məlum olub ki, “Atlas Alliance Group” MMC-nin hazırda 45 829,01 manat vergi borcu var. “Dövlət satınalmaları haqqında” qanuna görə vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru