Tramp öz ampluasında.. İndidə Lukaşenkonu "qüdrətli lider" adlandırdı

Bu gün, 08:44           
Tramp öz ampluasında.. İndidə Lukaşenkonu "qüdrətli lider" adlandırdı
ABŞ Prezidenti Donald Tramp Belarusla bağlı gözlənilməz açıqlama verib.

Oxu.Az xəbər verir ki, o, sosial şəbəkəsində Aleksandr Lukaşenkoya təşəkkür edərək, onu "qüdrətli lider" adlandırıb və 1300 nəfərin tezliklə azadlığa buraxılacağına ümid etdiyini bildirib.
"Belarusa və onun qüdrətli liderinə təşəkkür edirəm. Ümid edirəm ki, 1300 nəfər də tezliklə azad olunacaq!", - Tramp yazıb.

ABŞ lideri siyasi məhbusları nəzərdə tutub. Bu, beynəlxalq insan haqları təşkilatlarının daha əvvəl bildirdiyi rəqəmdir. Onlar əsasən 2020-ci il prezident seçkisindən və sonrakı kütləvi etirazların ardından məhkum olunmuş şəxslərdir.

Bu şəxslərin azadlığa buraxılması Avropa İttifaqının və ABŞ-nin əvvəlki administrasiyalarının rəsmi Minsklə istənilən dialoqa başlaması və sanksiyaların ləğvi üçün əsas tələbidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru