Marsda qəribə "dəbilqə" aşkarlandı

Bu gün, 09:27           
Marsda qəribə "dəbilqə" aşkarlandı
"Perseverance" roverinin kamerası tərəfindən çəkilmiş yeni görüntüdə qırmızı planetin səthində qeyri-adi bir daş parçası əks olunub.

Oxu.Az xəbər verir ki, bu barədə focus.ua məlumat yayıb.

Daş 17-ci əsrin dəbilqəsini xatırladır.

Rover bu şəkli "Mastcam-Z" kamerasından istifadə edərək çəkib. Şəkildən görünür ki, daşın üst hissəsi ucludur və kürəciklərlə örtülüb. Yer kürəsində belə strukturlar kimyəvi aşınma, mineralların çökməsi və hətta vulkanik proseslər nəticəsində yaranır.

Alimlərin fikrincə, Marsın səthində tez-tez aşınmaya məruz qalmış piramidaşəkilli süxurlara rast gəlmək olar. Lakin bu qaya demək olar ki, tamamilə kürəciklərlə örtülüb.

Elm adamları hesab edirlər ki, Marsda tapılan bəzi süxurlarda bu kürəciklər yeraltı suların çöküntü süxurlarından keçdiyi zaman əmələ gəlir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru