Azərbaycanda hansı peşə sahibləri ayda neçə saat işləyir? – SİYAHI

Bu gün, 12:44           
Azərbaycanda hansı peşə sahibləri ayda neçə saat işləyir? –  SİYAHI
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 140,9 saat təşkil edib.

Valyuta.az xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə işçilərin iş saatının miqdarı azalıb. Belə ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 0,9 saat çox – 141,8 saat olub.

Azərbaycanda ən çox işləyənlər ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahələrin işçiləri ay ərzində orta hesabla 147,7 saat işləyirlər ki, bu da ötən illə müqayisədə 0,6 saat azdır.

Ən az işləyənlər isə təhsil sahəsində çalışanlardır. Təhsil sahəsində çalışanlar ay ərzində 133,2 saat işləyiblər və bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 saat az olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru