Putinin "kart"ı Alyaskada işləmədi - Təyyarəsinə yanacaq vurmaq üçün...

Bu gün, 10:24           
Putinin "kart"ı Alyaskada işləmədi -
Sanksiyalar bütövlükdə Rusiyaya çox güclü təsir göstərir. Məsələn, Alyaska sammiti zamanı ruslar prezident Vladimir Putinin təyyarəsinə yanacaq vurmaq üçün nağd pulla ödəniş etməli olublar, bank kartları işləmirdi.

Referans xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubio bildirib ki, Donald Tramp ABŞ prezidenti vəzifəsinə başlayanda qüvvədə olan bütün sanksiyalar toxunulmaz qalıb.

"Ruslar Alyaskaya enəndə təyyarəyə yanacaq doldurmaq lazım gəldi. Onlar bizim bank sistemimizdən istifadə edə bilmədiklərinə görə təyyarələrinə yanacaq doldurmaq üçün nağd pul ödəməyi təklif etməli oldular. Hər gün bunun (sanksiya - red.) nəticələri ilə üzləşirlər", - Rubio qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru