Nizami rayonunda özbaşınalıq - Azər Manafov 41-47 binasının qabağında dirəklərə zəncir vurulub FOTO

Bu gün, 10:38           
Nizami rayonunda özbaşınalıq -
Azər Manafov 41-47 binasının qabağında dirəklərə zəncir vurulub -Bu qanuna zidd halı kim aradan qaldırmalıdır? - FOTO
Nizami rayonu , Azər Manafov 41-47 binasının qabağında qanuni-qanunsuz olduğu bilinməyən maşın qarajlarından əlavə, hələ bir metal dirəklərə zəncir də vurulub.
Dirəklərə zəncir vurulması hərəkətin məhdudlaşdırılması halıdır,bu da qanunvericiliklə qadağandır.Bu kimi hallar vətəndaşlara aid nəqliyyat vastələrinin,eləcə də təcili yardım maşınlarının əraziyə girişini məhdudlaşdırır.Eləcə də, vəziyyət belə davam edərsə dirəklərə vurulan metal zəncir səbəbindən ərazidən keçən vətəndaşların xəsarət alması hadisəsi yaşana bilər.Belə ki,axşam saatlarında zəncirə surətli toxunuş insanın ayaqlarının yerdən üzülməsinə,baş nahiyyəsinin asfalta çırpılmasına səbəb ola bilər.

Aidiyatı təşkilatların,ərazi Mənzil İstismar Sahəsi rəhbərliyinin bu qanunsuzluğu aradan qaldırması zəruridir.

Faktinfo.az


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru