Azərbaycan yenidən bu müsabiqəyə qatılır

Bu gün, 09:24           
Azərbaycan yenidən bu müsabiqəyə qatılır
Azərbaycan bir neçə illik fasilədən sonra “Uşaq Avroviziyası” mahnı müsabiqəsinə qayıdır.Metbuat.az xəbər verir ki, bu haqda müsabiqənin ölkəmizdəki lisenziyalı yayımçısı İTV məlumat yayıb. Bildirilir ki, artıq təmsilçi seçimlərinə start verilib. Yarışmada 9–14 yaş qrupundan olan uşaqlar iştirak edə biləcəklər.Seçim mərhələsində Azərbaycan və xarici dildə olmaqla iki fərqli mahnı video formatda təqdim edilməlidir. İlkin mərhələdə təqdim olunan videolar arasından ən parlaq ifaçılar seçiləcək. Daha sonra 6 peşəkar münsif onların səhnə mədəniyyəti, səs imkanları və xarizmasını qiymətləndirəcək.Və yalnız bir nəfər Azərbaycanı bu müsabiqədə təmsil etmək hüququ qazanacaq.Qeyd edək ki, sayca 23-cü “Uşaq Avroviziya”sı 13 dekabrda Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq.
Xatırladaq ki, ölkəmizi bu yarışmada sonuncu dəfə 2021-ci ildə Sona Əzizova “One of those days” mahnısı ilə təmsil edib. O, 151 xalla beşinci yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru