TƏCİLİ! Zelenski gəlməmiş qapını bağladılar – ŞOK DETALLAR

Bu gün, 12:36           
TƏCİLİ! Zelenski gəlməmiş qapını bağladılar – ŞOK DETALLAR
Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın bugünkü görüşü ərəfəsində gərginlik pik həddə çatıb. Tramp Ukraynanın NATO və Krım tələbinə “qapıları bağlayıb”, Zelenski isə ərazi məsələsində güzəştə getməkdən imtina edir.

Bu barədə Böyük Britaniyanın “Guardian” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Tramp sammit öncəsi Zelenskiyə təzyiqləri artırıb.

“Ukrayna prezidentinin istəsə, müharibəni “az qala” bitirə biləcəyini vurğulayan ABŞ prezidenti Ukraynanın NATO-ya üzv olmasına və ya Rusiyanın işğalı altında olan Krımı geri alma ehtimalını rədd edib” – məqalədə vurğulanır.

Bundan başqa, Tramp “Truth” sosial media platformasında verdiyi açıqlamada bildirib ki, Ukraynanın NATO-ya qoşulması və Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri almasından söhbət gedə bilməz.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bu gün bir qrup Avropa liderinin də iştirakı ilə ABŞ prezidenti Donald Trampla görüşəcək. Zelenski Vaşinqtona uçmazdan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə mətbuat konfransı keçirərək ərazini qurban verə bilməyəcəklərini vurğulayıb.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru