İsraildə ümummilli tətil başlayıb

Bu gün, 07:08           
İsraildə ümummilli tətil başlayıb
Girovların azadlığı tələb edilir

Bu gün səhər saatlarından etibarən İsraildə ümummilli tətil başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Girovların ailələri, yaxınlarının azad olunması üçün razılaşma imzalamağı tələb edirlər.

Tətil “Oktyabr Şurası” tərəfindən təşkil olunub. Şura, 7 oktyabr 2023-cü ildə İsrailin cənubunda HAMAS-la aparılan əməliyyatlarda həlak olanların ailələrinin bir hissəsini və girovların yaxınlarını təmsil edir. Aksiyaya həmçinin Girovlar və İtkin Düşənlər Forumunun üzvləri də qoşulublar.

Forum şənbə gecəsi bildirib ki, gün ərzində yalnız Təl-Əvivdəki Girovlar Meydanından təxminən bir milyon insan keçəcək. Bundan əlavə, İsrailin müxtəlif bölgələrində yüzlərlə başqa məkanlarda keçiriləcək tədbirlərə on minlərlə insanın qoşulacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru