ABŞ Hindistanla ticarət razılaşmasını ləğv edib

Bu gün, 09:38           
ABŞ Hindistanla ticarət razılaşmasını ləğv edib
Danışıqlar qrupunun ölkələr arasında baş tutmalı olan ticarət sazişini müzakirə etmək üçün Hindistana səfəri ləğv olunub

ABŞ-ın danışıqlar qrupunun ölkələr arasında avqustun 25-29-da baş tutmalı olan ticarət sazişini müzakirə etmək üçün Hindistana səfəri ləğv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə NDTV mənbələrə istinadən məlumat yayıb.

Bu müzakirələr raundu ölkələr üçün altıncı olmalı idi. Telekanalın məlumatına görə, danışıqlar Hindistan mallarının ABŞ-a idxalına rüsumların artırılmasından sonra ölkələr arasında iqtisadi münasibətlərdə gərginliyin artması fonunda təxirə salınıb.

NDTV qeyd edir ki, danışıqların ləğv edilən tarixi yeni məhdudiyyətlərin qüvvəyə minəcəyi avqustun 27-nə təsadüf edib.

Xatırladaq ki, avqustun 6-da ABŞ Prezidenti Donald Tramp Hindistan mallarına əlavə 25 faizlik gömrük rüsumunun tətbiqi haqqında sərəncam imzalayıb. Mövcud məhdudiyyətləri nəzərə alaraq, Hindistandan idxala tariflər 50%-ə çatıb. Ağ Ev rəhbəri qərarını Hindistanın Rusiyadan neft alması və bununla da iqtisadiyyatını dəstəkləməsi ilə əsaslandırıb.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru